Amerikalı aktrisa Amanda Seyfried “You Can See Everything” sənədli filmindəki rolu üçün ssenariyə girişin “beş faktorlu autentifikasiya tətbiqi” tələb etdiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, Seyfried bu açıqlamanı Cimmi Fallonun “Tonight Show” proqramında verib. O, filmin çəkilişlərinə son anda qatıldığını və ssenarini yalnız çəkiliş meydançasına gəldikdən sonra oxuya bildiyini deyib.
Filmdə Seyfried, həbs olunan Elizabet Holmsun yerinə keçərək onun səhnələrini yenidən canlandırıb. Aktrisa Holmsun çox ictimai bir şəxs olduğunu və onun haqqında araşdırmalar üçün çoxlu materialın mövcud olduğunu bildirib.
A24 distribyutoru Seyfriedin filmə qatılmasını gizli saxlayaraq mətbuatdan bu barədə yazmamalarını tələb edib.
