Rusiyalı müğənni Stas Mixaylovun ögey qızı Yevanın toyundan yeni fotolar sosial şəbəkələrdə paylaşılıb.

Dergi.az xəbər verir ki, 27 yaşlı Yeva Kançelskis və onun anası İnna Mixaylova Dubayda keçirilən toy mərasimindən görüntüləri yayımlayıblar. Toyda Yevanın atası, SSRİ-nin keçmiş futbolçusu Andrey Kançelskis də iştirak edib.

Yeva və onun nişanlısı Aleksandr əvvəlcə ailə üzvlərinin iştirakı ilə kilsədə nikah bağlayıblar, daha sonra restoran mərasimi təşkil edilib. Gecədə dəvətlilərə Nikolay Baskov aparıcılıq edib, Stas Mixaylov və Nataliya Korolyova səhnədə çıxış ediblər.

Yeva və Aleksandrın rəsmi nikahı keçən il İngiltərədə qeydiyyata alınıb. Onlar Londondakı Kral Kollecində tanış olublar.

İnna Mixaylova 2011-ci ildə Stas Mixaylovla ailə qurub. Onların bu evlilikdən iki qızı var. Lakin bu ilin payızında İnna boşanma qərarını açıqlayıb.