Amerikalı aktyor Dax Shepard həyat yoldaşı Kristen Bellə qarşı “zərərli ər” ittihamları səbəbindən depressiya keçirdiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, Shepard “Armchair Expert” podkastının 23 noyabr buraxılışında, bu ittihamların onu çox yorğun və halsız etdiyini bildirib.
51 yaşlı aktyor həyat yoldaşını pis rəftar etməkdə ittiham edən iddiaların ötən il bəzi sosial media istifadəçilərinin “Frozen” ulduzunun Instagram paylaşımındakı zarafatı səhv anlamasından sonra yarandığını qeyd edib.
Shepard dostu Zosia Mametə açıqlamasında bir dəfə “Dateline” izlədiklərini və “hər kəsin varlı həyat yoldaşını öldürdüyünü” zarafatla söylədiyini xatırladıb.
