Amerikalı aktrisa AnnaLynne McCord kredit kartı borclarını ödəyə bilmədiyi bir dövrdə “Days of Our Lives” serialında rol alma təklifi alaraq maliyyə çətinliklərindən qurtulub.
Dergi.az xəbər verir ki, McCord “Hollywood Hills Magazine”ə verdiyi müsahibədə 2024-cü ildə “Days of Our Lives” serialından təklif aldığı gün kredit borclarını ödəyə bilməyəcəyini düşündüyünü açıqlayıb.
Həmin gün serialın aktyor seçimi üzrə məsul şəxsi Marnie ona zəng edərək serialda rol almaq istəyib-istəmədiyini soruşub. McCord “Bəli, istəyirəm” cavabını verib.
Aktrisa yalnız kredit borclarını ödəməklə kifayətlənməyib, həm də bu rolu sayəsində “Gələcək Vəd Edən Ən Yaxşı İstedad” nominasiyasında Emmy mükafatına namizəd göstərilib.
McCord bu hadisələri “Sanki yenidən doğulurdum” sözləri ilə ifadə edib.
