Türkiyəli məşhur Nur və həyat yoldaşı Ertuğrul Can boşandıqdan sonra ilk dəfə birlikdə foto paylaşıblar.

Dergi.az xəbər verir ki, Nurun sosial media hesabında yayımladığı foto izləyicilər arasında maraq doğurub. Cütlük uzun müddətdir ayrı yaşasa da, bu paylaşım onların dostluq münasibətlərinin davam etdiyini göstərib.

Nurun paylaşımında “Həyat davam edir” ifadəsi yer alıb və bu, izləyicilər tərəfindən müsbət qarşılanıb.