Məşhur türkiyəli müğənni Emel Sayın arxivindən Türkan Şoray ilə birlikdə çəkilmiş bir fotoşəkil yayımlayıb.
Dergi.az xəbər verir ki, Emel Sayın sosial media hesabında paylaşdığı bu foto ilə izləyicilərinin böyük marağına səbəb olub. Fotoda iki sənətkarın gənclik illərində bir araya gəldikləri an əks olunub.
Emel Sayın paylaşımında Türkan Şorayı “dünya gözəli” adlandıraraq onunla keçirdiyi unudulmaz anları xatırladığını bildirib.
Bu paylaşım izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və sosial mediada geniş yayılıb.
