Rusiyalı müğənni Stas Mixaylov həyat yoldaşı İnna ilə boşanma xəbərlərini ilk dəfə şərh edib.

Dergi.az xəbər verir ki, müğənni sosial media hesabında yayılan boşanma xəbərlərini qəti şəkildə təkzib edib. O, həyat yoldaşı İnna ilə münasibətlərinin daha da gücləndiyini bildirib.

Mixaylov İnna ilə bağlı duyğusal paylaşım edərək onunla olan münasibətinin əhəmiyyətini vurğulayıb. Müğənni bildirib ki, aralarındakı sevgi və dostluq onu həyatda irəliləməyə və daha yaxşı biri olmağa təşviq edir.

Stas Mixaylov İnna ilə birlikdə keçirdiyi hər gün üçün təşəkkür edib və onu öz həyatında kraliça kimi hiss etdiyini qeyd edib.