Türkiyəli aktyor Ekin Koç Antalyada keçirilən “COP31” tədbirində iştirak edən məşhurlar arasında yer alıb.

Dergi.az xəbər verir ki, Ekin Koç tədbirdən çəkdirdiyi fotoları İnstaqram hesabında paylaşıb. Lakin paylaşımda eyni tədbirdə iştirak edən digər aktyor Alp Navruzun görünməməsi diqqət çəkib.

Tədbir zamanı çəkilən bəzi fotolarda Ekin Koçun arxasında görünən Alp Navruzun İnstaqram paylaşımındakı şəkillərdən çıxarıldığı məlum olub.

Ekin Koçun Alp Navruzu fotolardan hansı səbəbdən çıxardığı isə hələlik bəlli deyil.