Türkiyənin Kanal D telekanalında yayımlanan “Uzak Şəhər” serialının aktyorları Antalya şəhərində keçirilən COP31 Zirvəsində iştirak ediblər.
Dergi.az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) rəsmi açılışında sənət dünyasından tanınmış simalar, o cümlədən “Uzak Şəhər” serialının aktyorları Ozan Akbaba, Sinem Ünsal, Dilin Döğer və başqaları iştirak ediblər.
Serialın baş rol ifaçısı Sinem Ünsal tədbirdə iştirak etməyin böyük məmnuniyyət verdiyini bildirib. O, zirvədə iqlim dəyişikliyi ilə bağlı konkret addımlar atılacağını vurğulayıb.
Başqa bir baş rol ifaçısı Ozan Akbaba isə Türkiyənin bu cür mühüm bir tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu və iqlim böhranının qlobal bir problem olduğunu qeyd edib.
Aktyor Dilin Döğer dünyanın müxtəlif bölgələrindən alimlərin, aktyorların və siyasətçilərin iqlim məsələsini müzakirə etmək üçün Türkiyədə bir araya gəldiklərini və konkret həll yollarının tapılmasını ümid etdiyini söyləyib.
