Türkiyəli “Uzak Şehir” serialının ulduzları Ozan Akbaba, Atakan Özkaya və Dilin Döğer COP31 tədbirində Azərbaycan pavilyonunu ziyarət ediblər.
Dergi.az xəbər verir ki, Azərbaycan pavilyonu ölkənin şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları və nəqliyyat infrastrukturu barədə məlumatları qabaqcıl texnoloji vasitələrlə təqdim edir.
Ziyarətçilər arasında olan Ozan Akbaba Azərbaycan əsilli olması səbəbilə pavilyona xüsusi maraq göstərib.
Azərbaycan pavilyonunda milli mətbəx nümunələri də təqdim olunur ki, bu da ziyarətçilərin böyük marağına səbəb olub.
