Məşhur türk aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə COP31 tədbirində bir araya gəlib.

Dergi.az xəbər verir ki, bu barədə Fulya Öztürk sosial media hesabında video paylaşıb. O, paylaşımında Leyla Əliyeva ilə görüşdüyü üçün böyük xoşbəxtlik duyduğunu bildirib.

Fulya Öztürk videodakı mahnının sözlərinin Leyla Əliyeva tərəfindən yazıldığını qeyd edib. Aparıcı, bu sözlərin onu çox təsirləndirdiyini və hətta ağladığını vurğulayıb.

Fulya Öztürk, Leyla Əliyevanın xüsusi bir ruha və gözəl bir insana sahib olduğunu ifadə edərək, onun daha çox əsər yazmasını arzulayıb.

SOSİAL MEDİA MƏZMUNU