Rusiyalı aktrisa Liza Moryak rejissor əri Sariq Andreasyanı model Viktoriya Lopyreva ilə flört etdiyi üçün qısqanıb.
Dergi.az xəbər verir ki, Moryak sosial media hesabında Andreasyan və Lopyrevanın Voice Man Awards mükafat mərasimində bir masada oturduqları anı paylaşaraq modelin rejissorla flört etdiyini iddia edib.
31 yaşlı aktrisa videoda Lopyrevanın hərəkətlərini təkrarlayaraq əri ilə olan münasibəti əyləncəli şəkildə şərh edib. O, “Gələn dəfə əgər mənim ərlə oturursunuzsa, qarşısında oturun” deyə zarafat edib.
Viktoriya Lopyreva isə mərasimdən öz paylaşımında Andreasyan ilə səhnədə çəkilmiş videonu yayımlayıb. O, rejissoru “möhtəşəm qadınlar” arasında tərifləyib.
Sariq Andreasyan və Liza Moryak 2022-ci ildən evlidirlər və üç uşaq böyüdürlər. Andreasyanın kino sahəsindəki fəaliyyəti birmənalı qarşılanmır.
