Rusiyalı televiziya aparıcısı və mediamenecer Tina Kandelaki sosial mediada idman zalında çəkilmiş video paylaşıb. Videoda o, məşqlərinin nəticələrini nümayiş etdirib və fiziki formasından tam razı olduğunu bildirib.
Dergi.az xəbər verir ki, Kandelaki videoda qarın əzələlərini göstərərək “Əlavə kiloqramlar bədən proporsiyalarını dəyişmir. Hər yaşda öz əksinizdən zövq ala bilərsiniz” ifadəsini işlədib.
O, uzun müddətdir sağlam həyat tərzini təbliğ edir və bu mövzuda tez-tez paylaşım edir. Məşhur, bədən formasının yalnız idman zalında gündəlik işin nəticəsi olduğunu vurğulayıb və plastik əməliyyatlar etdirmədiyini bildirib.
Kandelaki əvvəllər də izləyicilərinə xarici görünüşlə bağlı məsləhətlər verib və kosmetik prosedurlardan istifadə etdiyini etiraf edib. Lakin o, plastik əməliyyatlar etdirmədiyini qəti şəkildə təkzib edib.
Televiziya aparıcısı 2015-ci ildən iş adamı Vasili Brovko ilə evlidir və cütlük üç yaşlı oğlu Georgini böyüdür.
