Rusiyalı müğənni Natalya Lapina, “Po polyushku” mahnısı ilə bağlı Akmal ləqəbi ilə tanınan Akmal Xocaniyazova qarşı məhkəmə iddiası qaldırıb.

Dergi.az xəbər verir ki, Moskva Ümumi Yurisdiksiya Məhkəmələrinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, Lapina və Xocaniyazov bu əsərin müstəsna hüquqlarına sahibdirlər. 24 yanvar 2022-ci il tarixli razılaşmaya əsasən, müğənniyə kompozisiyanın hüquqlarının 75%-i, musiqiçiyə isə 25%-i məxsusdur.

Lakin Lapinanın fikrincə, Akmal onun icazəsi olmadan əsərin istifadəsi üçün müstəsna lisenziyanı üçüncü tərəflərə ötürüb. İddiada cavabdeh olaraq Akmaldan əlavə “ACE Music” və Warner Music adlı iki leybl də göstərilib.

Lapina müqavilənin ləğvini və intellektual mülkiyyət hüquqlarının pozulmasına görə 600 min rubl məbləğində kompensasiya tələb edir.

Natalya Lapina “Ruan qızı Pışka”, “Don Sezar de Baza” və “Məhv olmuş gəmilər adası” kimi filmlərdəki baş rolları ilə tanınır. Akmal isə “Golos. Detskiy” şousunun beşinci mövsümündə Bəstənin komandasında finalçı kimi Rusiya üzrə məşhurlaşıb.