Böyük Britaniyalı dizayner Viktoriya Bekhem qızı Harperin məktəbdə makiyaj qadağası ilə bağlı yaşadığı çətinliklərdən danışıb.
Dergi.az xəbər verir ki, Viktoriya Bekhem “Today” şousunda 15 yaşlı Harperin makiyaj etmə bacarığından bəhs edərək, qızının məktəbdə makiyaj etməsinə icazə verilmədiyini bildirib. Harper anasından məktəbə zəng vurub qaydanı dəyişdirməsini xahiş edib, lakin Viktoriya bunu etməyib.
Viktoriya Bekhem qızının gözəllik sənayesinə marağının böyük olduğunu və gələcəkdə bu sahədə uğur qazanacağını vurğulayıb. Harper hazırda öz kosmetika brendi “Harlo by Harper” üzərində işləyir.
Harperin kosmetika brendi 2027-ci ildə rəsmi olaraq satışa çıxarılacaq. Lakin ABŞ-da brendin adı ilə bağlı patent problemi yaşanıb. Buna baxmayaraq, Böyük Britaniyada qeydiyyat təsdiqlənib.
