İspaniyalı aktyorlar Migel Bernardeau və Alvaro Lafuente “La Bola Negra” filminin baş rollarını canlandırdıqları üçün “Variety” jurnalının fotosessiyasında iştirak ediblər.

Dergi.az xəbər verir ki, fotolar filmin dramatik, ehtiraslı və estetik ruhunu vizual olaraq əks etdirir. “La Bola Negra” filmi İspaniyada üç fərqli zaman xəttində bir neçə kişinin həyatından bəhs edir və “Oskar” mükafatı uğrunda mübarizədə diqqət çəkir.

“Netflix” platformasında yayımlanan dram filmi mart ayında keçiriləcək mükafatlandırma mərasimində əsas namizədlərdən biri kimi qiymətləndirilir.