Türkiyəli aktyorlar Hande Soral və İsmail Demirci evliliklərində 9-cu il dönümünü qeyd ediblər.
Dergi.az xəbər verir ki, 2017-ci ildə möhtəşəm bir toyla evlənən və oğulları Ali ilə xoşbəxt ailə quran cütlük bu xüsusi günü sosial mediada romantik və əyləncəli paylaşımlarla qeyd edib. İsmail Demirci həyat yoldaşı ilə birgə romantik bir fotoşəkil paylaşaraq, “9” yazıb və qırmızı ürək emojisi əlavə edib.
Hande Soral isə bu paylaşımı öz hesabına daşıyaraq, “İl dönümümüzü unutacaq qədər gözəl bir 9 il” qeydini yazıb və evliliklərindəki sülh və xoşbəxtliyi vurğulayıb.
İsmail Demirci daha əvvəl qatıldığı bir proqramda həyat yoldaşına olan sevgisini izah edərkən, onun xoşgörüşlü və əyləncəli xarakterinin ona necə təsir etdiyini bildirib. Demirci, “Hande’ye aşık olma sebeplerimden biri şuydu huysuzluk yaptığımda başkaları sinirlenip benimle kavga ederken Hande bana güldü. ‘Oğlum ne yapıyorsun?’ dedi. Ve bu çok hoşuma gitti. Ben de huysuzluklarımı törpülemeye başladım.” ifadələrini işlədib.
Sosial mediada minlərlə bəyənmə və təbrik mesajı alan məşhur cütlüyə pərəstişkarları və aktyor dostları “Nazar değmesin”, “Daha nice mutlu 9 yıllara” şərhləri ilə dəstək verib.
