Türkiyədə final etmələrindən illər keçməsinə baxmayaraq, bəzi seriallar YouTube üzərindən hələ də böyük gəlirlər əldə edir.
Dergi.az xəbər verir ki, bu siyahıda ilk sırada 499 min 700 TL (təxminən 17 min AZN) gəlirlə “Muhteşem Yüzyıl” serialı yer alıb. Onu 454 min 200 TL gəlirlə “Yaprak Dökümü” və 340 min 700 TL gəlirlə “Çukur” serialları izləyir.
Bu serialların YouTube üzərindən aylıq gəlirləri onların hələ də populyar olduğunu göstərir.
