Türkiyəli aktyor Aras Bulut İynemli “Öyle Bir Geçer Zaman Ki” serialında canlandırdığı Mete rolu ilə geniş kütlələrə tanınıb.

Dergi.az xəbər verir ki, bu rola ilk olaraq Doğaç Yıldız təklif alıb. Yıldız, “Yargı” serialında Ömər, “Yasak Elma”da isə Yiğit kimi tanınır.

2010-2013-cü illərdə yayımlanan serial, güclü hekayəsi və xarakterləri ilə sosial mediada tez-tez gündəmə gəlir. Mete xarakterinin unudulmaz səhnələri izləyicilər tərəfindən yenidən izlənilir.

Doğaç Yıldız bir proqramda açıqlayıb ki, bu rola təklif alsa da, konservatoriyaya qəbul olduğu üçün təklifi qəbul etməyib.

Yıldız, bu seçimindən peşman olmadığını, İynemli’nin rolu uğurla canlandırdığını bildirib. Serialın pərəstişkarları da Mete Akarsu olaraq İynemli’dən başqasını düşünmür.