Türkiyəli aktrisa Açelya Akkoyun öz aktyorluq karyerası haqqında danışıb.

Dergi.az xəbər verir ki, Açelya Akkoyun “Günaydın” YouTube kanalında yayımlanan “Biyografi’k” proqramında iştirak edərək, həyat hekayəsi və aktyorluq təcrübələrini bölüşüb. Aktrisa, gənc yaşda həm məktəbini, həm də çəkilişləri bir arada aparmaq məcburiyyətində qaldığını bildirib.

Açelya Akkoyun, “Ekmek Teknesi” serialının onun üçün xüsusi bir yer tutduğunu vurğulayıb. O, serialdan erkən ayrılmasını bu gün bir səhv olaraq qiymətləndirib və bu qərarının həyatında gözlənilməz dəyişikliklərə səbəb olduğunu əlavə edib.