Türkiyəli aktrisa Hafsanur Sancaktutan haqqında depressiyaya düşdüyü iddiaları yayılıb.

Dergi.az xəbər verir ki, aktrisanın həmkarı Kubilay Aka ilə münasibətinin bitməsindən sonra saçlarını qısaltması bu şayiələri gücləndirib.

Nişantaşında görüntülənən Sancaktutan, “Saçlarım yenidən uzandı. Mən də qısaltmaq üçün bərbərə gəldim” deyə bildirib.

Aktrisa depressiya iddialarını təkzib edərək, “Uzun zamandır saçımı qısaltmaq istəyirdim. Söylənildiyi kimi depressiyaya düşmədim. Həyatımın ən gözəl dövrünü yaşayıram” ifadələrini işlədib.