Məşhur aparıcı Saba Tümer şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib. Melis İşitenin proqramına qonaq olan Tümer, hansı kişilərdən xoşlandığını, flört etməyi niyə sevdiyini və münasibətlərdə nələrə önəm verdiyini danışıb. O, keçmiş təcrübələrindən yola çıxaraq Xərçəng bürcü kişiləri haqqında da zarafatla bir şərh edib.
Dergi.az xəbər verir ki, Saba Tümerə görə bir kişini cazibədar edən təkcə xarici görünüşü deyil. Birlikdə əylənə bilmək, yumor anlayışı və fiziki uyğunluq da onun üçün olduqca vacibdir. Tümer, özünü təsir edən xüsusiyyətləri sadalayarkən açıq danışıb: “Birlikdə çox əylənə bilmək, yaxşı öpüşməsi, çox gülməli olması, çox varlı olması, gözəl qoxması.”
Yəni Tümerin qəlbini qazanmaq istəyən birinin həm güldürməsi, həm də gözəl qoxması lazımdır. Təbii ki, maddi vəziyyət də siyahısında özünə yer tapıb.
Aşk həyatı ilə bağlı keçmiş təcrübələrini də danışan məşhur aparıcı ən uzun münasibətlərinin Xərçəng bürcü kişiləri ilə olduğunu deyib. Lakin bu bürc ilə bağlı o qədər də məsum olmayan bir təsbiti var idi.
“Xərçəng kişisinin nə qədər ağ, şirin yalançı olduğunu biləcək qədər təcrübəliyəm artıq. Tövbə!” deyən Tümer sözləri ilə həm güldürüb, həm də keçmiş münasibətlərinə kiçik bir işarə edib.
