Türkiyəli aktrisa Gamze Özçelik həyat yoldaşı ilə evdə əsasən ingilis dilində danışdıqlarını açıqlayıb.
Dergi.az xəbər verir ki, aktrisa bu vəziyyətin onu çətinliklərlə üzləşdirdiyini bildirib. O, “Dilimi özlədim, öz dilimdə danışmaq istəyirəm” deyə zaman-zaman hiss etdiyini, lakin yenidən ingilis dilinə qayıtdığını qeyd edib.
Gamze Özçelik həyat yoldaşının anasının Avstraliyalı, atasının isə Boşnak olduğunu və mədəniyyət baxımından çox fərqli olmadıqlarını vurğulayıb.
