Türkiyəli aktrisa Eda Ece atasının xəstəxanaya yerləşdirilməsi ilə bağlı sosial mediada paylaşım edib.
Dergi.az xəbər verir ki, aktrisa xəstəxana otağından foto paylaşaraq atasının səhhəti ilə bağlı narahatlığını ifadə edib. Eda Ece atasının tezliklə sağalmasını ümid etdiyini bildirib.
Paylaşımında atasının səhhətinin yaxşılaşması üçün dua etdiyini qeyd edən Eda Ece, izləyicilərindən də dua etmələrini xahiş edib.
Eda Ece-nin bu paylaşımı izləyiciləri tərəfindən geniş dəstək alıb.
