Türkiyəli ssenarist Güliz Kucur 61 yaşında vəfat edib. O, “Süper Baba”, “Dəli Ürək”, “Yabancı Damat” və “Aliye” kimi unutulmaz serialların ssenari müəlliflərindən biri olub.

Dergi.az xəbər verir ki, Güliz Kucur’un vəfatı sənət dünyasında kədər doğurub. FilmSan Vəqfi yayımladığı mesajda, ssenaristin ailəsinə və sevənlərinə başsağlığı diləyib.

Güliz Kucur’un cənazəsi 7 noyabr şənbə günü Hacı Sarıgül Məscidindən qaldırılacaq və Bahçeköy Qəbiristanlığında dəfn ediləcək.

Kucur, karyerası boyunca “Süper Baba”, “Dəli Ürək”, “İkinci Bahar”, “Yabancı Damat” və “Aliye” kimi Türk televiziya tarixində iz buraxan bir çox layihədə iştirak edib.