Türkiyəli aktrisa Melisa Döngel Bebekdə jurnalistlərin suallarını cavablandırıb.
Dergi.az xəbər verir ki, 27 yaşlı aktrisa artıq həyatında daha qalıcı bir münasibət istədiyini açıqlayıb. O, “Boş bir sevgi istəmirəm; ‘birlikdə olduq, vaxt keçirdik’ kimi deyil. Artıq evliliyi də çox istəyirəm. Kas və ya bənzər şeylərdən çox, mənəviyyat, qadına verilən dəyər, hörmət və sevgi daha önəmlidir. Adam kimi biri çıxsın, mən də onu adam kimi sevəyim, o da məni adam kimi sevsin. Ana olmaq istəyirəm” deyib.
Melisa Döngel, repçi Murda ilə haqqında yayılan sevgi iddialarına da aydınlıq gətirib. O, aralarında romantik bir münasibətin olmadığını bildirib.
Döngel, birlikdə iki klip çəkdiklərini və gözəl bir enerji tutduqlarını qeyd edib. “Birlikdə iş gördük, enerjimiz uyğun gəldi. O, çox sevdiyim və dəyər verdiyim bir dostumdur. Ad günümdə də iştirak etdi. Ancaq münasibət yoxdur, çox zorlamayın. Hazırda məndə sevgi yoxdur, amma olmasını çox istəyirəm” ifadələrini işlədib.
