“Eleven Film” şirkətinin prodüseri Joel Wilson, Cek Tornun “Lord of the Flies” adaptasiyasında icraçı prodüser kimi iştirakı haqqında danışıb.

Dergi.az xəbər verir ki, Wilson bu barədə Thessaloniki Film Festivalında təşkil olunan paneldə çıxış edib. O, serialın yaradılması prosesinin həm fiziki, həm də psixoloji baxımdan çətin olduğunu bildirib.

Serial, Uilyam Qoldinqin eyniadlı romanı əsasında çəkilib və Birləşmiş Krallıqda BBC-də fevral ayında yayımlanıb, ABŞ-da isə may ayında Netflix-də yayıma başlayıb.

Wilson, Qoldinqin ailəsindən “Lord of the Flies”in TV hüquqlarını almaq üçün illər öncə müraciət etdiyini, lakin uğursuz olduğunu qeyd edib. Daha sonra Warner Bros.-un müqavilələrindəki bir boşluqdan istifadə edərək hüquqları əldə edə biliblər.

Serialın rejissoru Mark Munden olub, musiqisini isə Hans Zimmer bəstələyib. Serial iki Emmy nominasiyasına layiq görülüb.