Böyük Britaniyalı aktrisa Helen Mirren məşhur qırmızı mayo geyinmək üçün keçmişdə hərbi təlimlərdən keçdiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, 81 yaşlı aktrisa əvvəllər hərbi təlim proqramını tətbiq etdiyini, lakin indi daha sadə fiziki fəaliyyətlərə, xüsusən də yoga ilə məşğul olmağa üstünlük verdiyini bildirib.
Mirren deyib ki, əvvəlcə asan görünən bu sistem zamanla çətinləşir və bu səbəbdən onu tərk edib. İndi gündə 10-15 dəqiqə yoga ilə məşğul olur.
Oskar mükafatlı aktrisa formunu qorumaq üçün hər zaman idmanla məşğul olub və formunun düşdüyünü hiss edərsə, yenidən hərbi sistemə qayıdır.
