Britaniyalı prodüser Cek Torn “Milçəklərin Tanrısı” romanının televiziya hüquqlarını əldə edərək seriala uyğunlaşdırıb.
Dergi.az xəbər verir ki, “Milçəklərin Tanrısı” romanının televiziya hüquqları ilə bağlı proses illər əvvəl başlayıb. “Eleven Film” şirkətinin prodüseri Coel Vilson, romanın hüquqlarını əldə etmək üçün Golding ailəsi ilə əlaqə saxlayıb.
Vilson bildirib ki, əvvəllər Warner Bros. şirkəti romanı dəfələrlə ekranlaşdırmağa çalışıb, lakin uğursuz olub. Lakin orijinal müqavilədə Warner Bros.-un yalnız film hüquqlarına sahib olduğu bəlli olub və televiziya hüquqları Golding ailəsində qalıb.
Cek Tornun romanı ekranlaşdırmaq istəyi ilə Vilsonun ailə ilə əlaqəsi nəticəsində layihə həyata keçib. BBC ilə görüşdə layihəyə dərhal “hə” cavabı verilib, ssenari hələ yazılmadan.
Serialın rejissoru Mark Munden olub və musiqisini Hans Zimmer bəstələyib. Serial iki Emmy mükafatına namizəd olub.
