Böyük Britaniyalı aktyorlar Pirs Brosnan və Helen Mirren “MobLand” serialının 2-ci mövsümündə Conrad və Maeve Harrigan rolunda geri qayıdıblar.

Dergi.az xəbər verir ki, aktyorlar çəkilişlərə başlamazdan əvvəl səhərlər makiyaj treylerində birgə vaxt keçirirlər. Onlar günə “sabahın xeyir” deyərək başlayır və sakit bir şəkildə çay içirlər.

Mirren bu yaxın münasibətin ona çəkilişlər zamanı risklərə getmək üçün inam verdiyini açıqlayıb. O, Brosnan və digər aktyorlarla birgə işləməkdən məmnun olduğunu bildirib.

Brosnan isə “MobLand” serialında çalışmanın ona böyük azadlıq və yaradıcılıq imkanları verdiyini vurğulayıb.

“MobLand” serialının 2-ci mövsümü artıq Paramount+ platformasında yayımlanır.