Rusiyalı aktyor İoann Koçkin “Poluraspad” serialında çıxışı ilə izləyicilərin diqqətini cəlb edib.

Dergi.az xəbər verir ki, Koçkin gəncliyində aktyorluq karyerasını düşünməsə də, idmanla ciddi məşğul olub. O, gimnastika, üzgüçülük, güləş və boks kimi idman növlərində fəaliyyət göstərib.

Bununla yanaşı, İoann musiqiyə də maraq göstərərək gitara çalıb və dörd il Konstanin Xabenskoyun teatr studiyasında təhsil alıb. Burada bir sıra tamaşalarda baş rollar ifa edib.

Orta məktəbi bitirdikdən sonra Koçkin bir neçə teatr institutuna sənəd verib. Onun əsas məqsədi Oleg Tabakovun məktəbinə qəbul olmaq idi, lakin bu mümkün olmayıb. Bununla belə, o, GİTİS-in Natalya və Gennadi Nazarovların kursuna qəbul edilib.