Rusiyalı müğənni Vitas Çində konsert verib və onun görünüşü böyük diqqət çəkib.

Dergi.az xəbər verir ki, Vitasın son konsertindən bir video Çinli bir pərəstişkarı tərəfindən sosial mediada paylaşılıb. Videoda müğənninin əvvəlki illərlə müqayisədə xeyli dəyişdiyi, daha yaşlı və dolğun göründüyü müşahidə edilib.

Vitas hazırda Çində yaşayır və fəaliyyət göstərir. Orada onun populyarlığı yüksək səviyyədədir, hətta muzeylərdə onun mum fiqurları nümayiş etdirilir.

Çindəki pərəstişkarları Vitasın mahnılarını daha yaxşı anlamaq üçün rus dilini öyrənirlər.

XƏBƏRİN VİDEOSU

0:00 / 0:00