Türkiyəli aktrisa Afra Saraçoğlu sevgilisi Poyraz Yosmaoğlu ilə İstanbulun Bebek məhəlləsində yağışlı hava şəraitində gəzərkən görüntülənib.

Dergi.az xəbər verir ki, “Yalı Çapkını” serialında Seyran obrazı ilə tanınan Saraçoğlu, şəxsi həyatı ilə də diqqət çəkir. Cütlük jurnalistlərin suallarını cavablandıraraq “Hər şey yolunda” ifadəsini işlədib.

Afra Saraçoğlu əvvəlki münasibətini Mert Ramazan Demir ilə bitirdikdən sonra Poyraz Yosmaoğlu ilə yeni bir əlaqəyə başlayıb. Onların münasibətinin ciddi mərhələyə keçdiyi bildirilir.

Afra Saraçoğlu sevgilisini anası Lütfiye Saraçoğlu ilə tanış edərək əlaqələrində mühüm bir addım atıb.