Azərbaycanlı reper Paster yeni musiqi layihəsini dinləyicilərinə təqdim edib.

Dergi.az xəbər verir ki, sənətçinin “012” adlı yeni mini-albomu noyabrın 21-də rəqəmsal musiqi platformalarında yayımlanıb.

Beş trekdən ibarət layihə qısa müddətdə dinləyicilərin diqqətini cəlb edərək Apple Music-in Azərbaycan üzrə ən populyar albomlar siyahısında birinci pilləyə yüksəlib.

Təxminən 27 dəqiqəlik albomda “Quyudan Salam”, “Mufasa”, “Sakitliyə Qərq Oldum”, “Dünya Pəncərədir” və “Olmasam Olmaz” adlı kompozisiyalar yer alıb.

“012”nin söz müəllifi Pasterin özüdür. Layihənin kreativ rəhbərliyini isə reperlə yanaşı, Xan Cəfərli və Aslan Alixanov həyata keçiriblər.

XƏBƏRİN VİDEOSU