Azərbaycanlı müğənnilər Sevil və Sevinc Səfərovalar yeni yaşlarını qeyd edib.
Dergi.az xəbər verir ki, bacılar ad günləri ilə bağlı sosial media hesablarında paylaşım edərək keçmiş xatirələrini bölüşüb. Onlar erkən yaşda ailə başçısını itirdiklərini və ailə yükünü çiyinlərində daşımağa başladıqlarını vurğulayıb.
Sevil və Sevinc bu gün də həyatın çətinliklərini qarşıladıqlarını və hər yeni günə görə minnətdar olduqlarını bildirib. Bacılar gələcəkdə özlərinə və ailələrinə xoşbəxt, qayğısız bir ömür arzulayıb.
