Rusiyalı aktyor Yura Borisov məşhur Nirvana qrupunun solisti Kurt Kobeynin obrazına girib.

Dergi.az xəbər verir ki, sosial şəbəkələrdə Borisovun görünüşünün amerikalı musiqiçi ilə müqayisə edilməsi viral olduqdan sonra aktyor sarı parik taxıb. “Kinopoisk

Xəbərlər” teleqram kanalında yayımlanan yumoristik videoda Borisovun “Volqa”nın yeni filmi “Kulik”də çəkildiyi bildirilib.

Sosial şəbəkələrdəki şərhlərdə Borisovun yeni obrazı yüksək qiymətləndirilib və istifadəçilər onu “Kurt Borisov” adlandıraraq, onunla Kurt Kobeyn haqqında film çəkməyi təklif ediblər.

Oktyabr ayında məlum olub ki, Yura Borisov “Süni” (Artificial) filmindəki rolu ilə “Ən yaxşı kişi rolu” nominasiyasında yenidən “Oskar”a namizəd göstərilib. Keçən il isə “Anora” filmi ilə namizəd olmuşdu.

Kurt Kobeyn amerikalı musiqiçi və Nirvana qrupunun lideridir. 1994-cü ildə tragik şəkildə dünyasını dəyişib.