Amerikalı aktrisa Skarlett Yohansson və ispan aktrisa Penelopa Kruz 70-ci London kino festivalına qatılıblar.

Dergi.az xəbər verir ki, Yohansson “Rey Qann” adlı animasiya neo-noir filminin premyerasında iştirak edib. O, filmində pop müğənnisini səsləndirib. Rusiyalı aktyor Yura Borisov isə Endryu Qarfieldlə birlikdə rejissor Luka Quadanyinonun “Süni” adlı texnoloji dramını təqdim edib. Bu film OpenAI şirkətinin yaradılış tarixindən bəhs edir.

Qarfield Sam Altmanı canlandırıb, Borisov isə şirkətin həmtəsisçisi İlya Sutskever rolunu oynayıb və bu rol onun “Oskar”a namizədliyi üçün nəzərdə tutulur.

Festivalın qırmızı xalçasında həmçinin aktrisa Florens Pyu və onun sevgilisi, aktyor Finn Kol da iştirak ediblər. Onlar “Kölgələrdə” adlı boks dramının premyerasında rəsmi olaraq cütlük kimi debüt ediblər. Premyerada Endryu Qarfield sevgilisi və film yoldaşı Monika Barbaro ilə birlikdə görünüb.