Rusiyalı aktyor Yura Borisov rejissor Luka Quadaninyonun “Süni” (Artificial) dramında baş rola görə yenidən “Oskar” mükafatına namizəd göstərilib.

Dergi.az xəbər verir ki, bu barədə Variety nəşri Nyu-York kinofestivalında filmin qapalı premyerasından sonra məlumat yayıb. Filmin distributoru Neonun “Oskar” kampaniyası strategiyasına əsasən, Borisov əsas kinomükafat uğrunda mübarizə aparacaq.

Filmdə Borisov İlya Sutskeverin obrazını canlandırıb, onun tərəf müqabili Endryu Qarfild isə “Ən yaxşı ikinci plan kişi rolu” kateqoriyasında namizəd göstərilib. Layihə süni intellekt şirkəti OpenAI-də baş verən korporativ böhranı əks etdirir.

“Süni” filmi tənqidçilər tərəfindən Quadaninyonun son onilliyin ən yaxşı əsəri kimi qiymətləndirilib. Borisovun rolu “inanılmaz empatiya və intellektlə” ifa etdiyi vurğulanıb.

Filmin 2026-cı il dekabrın 25-də kinoteatrlarda nümayişi planlaşdırılıb. Filmin istehsalı zamanı Amazon MGM Studios tərəfindən maliyyə problemləri yaşanıb, lakin Neon şirkəti layihəni tamamlayıb.