Türkiyəli aktyor Boran Kuzum çəkilişlər zamanı ayağından zədələnib və əməliyyat olunub.
Dergi.az xəbər verir ki, Kuzum davam edən serialının çəkilişlərində kiçik bir qəza yaşadığını bildirib. Aktyor son səhnədə ayağının döndüyünü və bu səbəbdən əməliyyat keçirildiyini açıqlayıb.
“Kiçik bir set qəzası. Son səhnədə ayağım döndü. Əməliyyat oldum, dostlar. Set qəzaları ola bilər” – deyə Kuzum qeyd edib.
