Türkiyəli aktrisa Melisa Döngel anası Natalya Orlovaya etdiyi qəribə zarafatla gündəmə gəlib.
Dergi.az xəbər verir ki, aktrisa evdə anası ilə vaxt keçirərkən ağzından maye çıxararaq qusurmuş kimi davranıb. Anası bu hərəkətə əvvəlcə təəccüblənib, daha sonra isə sərt reaksiya verib.
Natalya Orlova qızına “Sənsən, nə edirsən?” və “Ağılsızsan?” sözləri ilə etiraz edib. Melisa Döngel isə gülməyə davam edib və bu anlar kameraya çəkilib.
Sosial mediada yayılan görüntülər izləyiciləri iki yerə bölüb. Bəziləri zarafatı həddən artıq hesab edərək tənqid edib, digərləri isə əyləncəli tapıb.
Melisa Döngel “Sen Çal Kapımı”, “Aşk Mantık İntikam” və “Sadakatsiz” seriallarından tanınır.
