Türkiyəli aktrisa Şebnem Bozoklu, Kanal D-də yayımlanacaq ‘Susuz Yaz’ serialında Döne obrazını canlandıracaq.
Dergi.az xəbər verir ki, serialın hadisələri 1970-ci illərin Adanasında baş verir. Şebnem Bozoklu, 1 dekabr tarixində ekranlara gələcək bu serialda fərqli bir rolda çıxış etməyə hazırlaşır.
Aktrisa, Döne obrazını artıq özünə çox yaxın hiss etdiyini bildirib. O, bu obrazı daha əvvəl oynamadığı xüsusiyyətlərə sahib bir xarakter kimi təsvir edib.
Bozoklu, serialın keçdiyi coğrafiya, dövr və insan münasibətlərinin tamaşaçını təsirləndirəcəyini deyib.
