Britaniyalı dizayner Viktoriya Bekhemin Nyu-Yorkun tarixi Soho bölgəsində yerləşən ilk butiki açılıb. Tədbirdə Condé Nast-ın qlobal məzmun direktoru Anna Vintur və “Ümidsiz Evdar Qadınlar” serialının ulduzu Eva Lonqoriya iştirak edib.
Dergi.az xəbər verir ki, Viktoriya Bekhem sosial media hesabında “Nyu-Yorkdan sevgilərlə! Həmişə yanımda olub məni dəstəkləyən bütün dostlarıma və ailəmə böyük təşəkkürlər” yazıb.
Oktyabrın əvvəlində Eva Lonqoriya Viktoriya Bekhemin Paris Moda Həftəsindəki nümayişini ziyarət edib. O, həmçinin Devid Bekhemə Hollivudda “Şöhrət xiyabanı”nda adını daşıyan ulduz alarkən dəstək olub.
Viktoriya Bekhem 2008-ci ildə öz brendi Victoria Beckham-ı yaradıb. 2019-cu ildə kosmetik sahəyə Victoria Beckham Beauty ilə daxil olub və ötən il brendi ilk dəfə olaraq əməliyyat mənfəəti əldə edib.
Bekhemlərin şirkəti sentyabrda rekord 65,8 milyon dollar mənfəət əldə edib.
