Türkiyəli aktyor Şevket Çoruh “Arka Sokaklar” serialında uzun illər birgə çalışdığı Özgür Ozanla bağlı suala ironik cavab verib.
Dergi.az xəbər verir ki, jurnalistlərin “Özgür Ozanla ikili olmağı əskik edirsinizmi?” sualına cavab olaraq Çoruh “Yaxşı ikili olduğumuza inanmıram. Normalda çox xoşlandığım biri deyil” deyib.
Bu sözlər sosial mediada geniş yayılıb və izləyicilər arasında gülüşə səbəb olub. Çoruh daha sonra “Öküz ölür, ortaq bozulur” ifadəsini işlədərək zarafatını davam etdirib.
İkili arasındakı dostluq isə 20 illik əməkdaşlıqdan sonra da davam edir. Özgür Ozan hazırda “Ölüm Bizi Ayırana Dek” layihəsində iştirak edir.
