Rusiyalı bloger Aleksey Bley müğənni Anatoli Çoyun ailə həyatı və şəxsi münasibətləri barədə açıqlama verib.

Dergi.az xəbər verir ki, “Zvezdaç” proqramında Bley bildirib ki, Çoy evlidir və iki uşaq böyüdür, lakin bu barədə ictimaiyyətə məlumat vermir. Bloger əlavə edib ki, Çoyun həyat yoldaşına xəyanət etdiyi barədə məlumatlar var.

Bley bu vəziyyətin qəribə olduğunu qeyd edib və Çoyun ailəsi haqqında açıq danışmamasını təəccüblü hesab edib.

Blogerlər Çoydan birbaşa ailə həyatı barədə soruşduqda, müğənni bu mövzunu kamera qarşısında müzakirə etmək istəmədiyini deyib.