İsveçli müğənni Zara Larsson “Glamour Australia” jurnalının ilk buraxılışının üz qabığında yer alıb.

Dergi.az xəbər verir ki, Riçi Talboyun çəkdiyi fotolarda müğənni buruq sarı saçları, çəhrayı makiyajı və çiçəkli aksesuarları ilə diqqət çəkib.

Ürəklər, pişik və dovşan fiqurları ilə bəzədilən fotolar köhnə stiker albomlarını xatırladıb. Çəhrayı corablar, krujeva və atlas parçalar isə fotosessiyanın retro ab-havasını tamamlayıb.