ABŞ-lı müğənni Kortni Lav makiyajsız və filtrlərsiz çəkilən selfisini sosial media hesabında paylaşıb.
Dergi.az xəbər verir ki, müğənninin paylaşımına 61 yaşlı model Kristen Makmenami “Vau” sözləri ilə reaksiya verib, dizayner Mark Ceykobs isə “Parlayırsan, necə də parlayırsan” deyə şərh yazıb. Bəzi izləyicilər isə Lavın plastik əməliyyat etdirdiyini iddia ediblər.
Kortni Lav 1992-1994-cü illərdə Nirvana qrupunun lideri Kurt Kobein ilə evli olub. Bu evlilikdən onun Fransis adlı qızı dünyaya gəlib. Kobein 1994-cü ildə intihar etdikdən sonra Lav bir daha evlənməyib.
Müğənni uzun müddət narkotik asılılığı ilə mübarizə aparıb. 1992-ci ildə Vanity Fair dərgisi Lavın asılılığı barədə yazdıqdan sonra, müğənni məhkəmə yolu ilə övladlıq hüquqlarını bərpa etmək üçün müalicə alıb. 2004-cü ildə isə Lav psixiatriya xəstəxanasına yerləşdirilib və məcburi müalicəyə məruz qalıb.
Kortni Lav gəncliyində rinoplastika etdirdiyini etiraf edib, lakin yaşlanmağı təbii şəkildə qəbul etmək istədiyini bildirib.
