Rusiyalı məşhur müğənni Alla Puqaçova öz filtrsiz fotosunu sosial şəbəkələrdə paylaşıb.
Dergi.az xəbər verir ki, 77 yaşlı sənətçi ağ dəri kepka və çiyinləri açıq qırmızı bando ilə poz verib. Foto heç bir yazı ilə müşayiət olunmayıb.
Puqaçova artıq dörd ildən çoxdur ki, əri Maksim Qalkin və 13 yaşlı əkizləri Liza və Harri ilə birlikdə xaricdə yaşayır. Ailə 2022-ci ilin əvvəlində Rusiyadan İsrailə köçüb.
Son vaxtlar Puqaçovanın sağlamlıq vəziyyəti geniş müzakirə olunur. Onu ictimaiyyət arasında əl ağacı ilə görüntüləyiblər. Müğənni bunun çanaq oynağı zədəsinin nəticəsi olduğunu bildirib.
Puqaçova Kiprdəki evlərinə köçüb, övladları isə Londonda təhsil alır.
