Rusiyalı məşhur müğənni Alla Puqaçova və qızı Liza Kiprdə keçmiş “Modern Talking” qrupunun solisti Tomas Andersin konsertinə qatılıblar.
Dergi.az xəbər verir ki, konsertdən sonra Puqaçova və qızı Liza Tomas Anderslə birgə foto çəkdiriblər. Alman musiqiçi bu fotoları sosial mediada paylaşıb.
Anders fotoların altında Puqaçovanın konsertinə qatılmasını xüsusi şərəf adlandırıb və onunla görüşdən qürur duyduğunu bildirib.
Fotolarda 13 yaşlı Lizanın dəyişdiyi, gözlük taxmağa başladığı diqqət çəkib. Görünür, həkimlər onun gözlərinin zəiflədiyini və daimi eynək istifadə etməsini tövsiyə ediblər.
Liza konsert üçün qara mini don və incə boyunbağı seçib, görünüşünü kiçik qara çanta ilə tamamlayıb.
