Rusiyalı supermodel İrina Şeyk İtaliyada qızı ilə istirahət edir. Paparassilər supermodeli və doqquz yaşlı Leyanı Portofinoda gəzinti zamanı görüntüləyiblər.

Dergi.az xəbər verir ki, İrina Şeyk yaxınlarda Vogue Arabia jurnalı üçün çəkilişlərdə iştirak edib və Milan Moda Həftəsində podiuma çıxıb. Lakin Paris Moda Həftəsinə getmək əvəzinə, o, Hollivud aktyoru Bredli Kuperdən olan qızı və dostları ilə birlikdə Liguriya dənizinin sahilində istirahət etməyə üstünlük verib. Ana və qızı I Gemelli restoranında nahardan sonra gəzinti zamanı fotoqrafların obyektivinə düşüblər.

Ирина Шейк с дочерью Леей

Şeyk çəhrayı krujevalı bir paltar, ağ köynək və ağ krujevalı şort geyinib. Onun obrazını günəş eynəyi, Hermes Kelly çantası və qara balet ayaqqabıları tamamlayıb. Modelin qızı isə daha isti geyim seçib: geniş cinslər, naxışlı ceket və məşhur Crocs brendindən çəhrayı ayaqqabılar.

Qeyd edək ki, İrina Şeyk daha əvvəl qızı ilə birlikdə Mayami və Mərakeşdə istirahət edib.