Rusiyalı supermodel İrina Şeyk dostu Melani Korman Mitelmanın doğum gününü təbrik edib.
Dergi.az xəbər verir ki, İrina Şeyk sosial media hesabında Melani ilə arxiv fotolarını paylaşaraq “Ad günün mübarək, mənim canım. Səni sevirəm” sözlərini yazıb. Melani isə öz səhifəsində 39 yaşını xəz paltoda və güllərlə qeyd etdiyi görüntüləri yayımlayıb.
Melani Korman Mitelman və İrina Şeyk uzun illərdir dostdurlar. Hər ikisi Çelyabinsk vilayətində doğulub. Melani, İrina Şeykin çıxış etdiyi Milan Vogue World şousuna da qatılıb.
Melani Korman Mitelman daha əvvəl biznesmen İlya Mitelmanla evli olub və bu evlilikdən iki övladı var. İlya Mitelman 2023-cü ildə “Miss Rusiya” Valentina Alekseyevaya evlilik təklifi edib.
